SİZİN REKLAM BURADA!
055 213 76 73


"Zəlzələdən sonra 3 bala qədər afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın".

BAKU.WS xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

BAKU.WS