21 yaşı tamam olan qəhrəman şəhidimiz - Şəhid Vilayət Allahverdiyev - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Allahverdiyev Vilayət Valeh oğludur.
BAKU.WS xəbər verir ki, Vilayət Allahverdiyev 19 avqust 2000-ci il tarixində Şəki rayonu Birinci Biləcik kəndində anadan olub.
O, 2006-2017-ci illərdə Birinci Biləcik kəndindəki orta məktəbdə təhsil alıb. Tərbiyəsi, vicdanı, vətənə sevgisi və ailəyə sədaqəti ilə daima seçilirdi. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanan V. Allahverdiyev 2020-ci ildə xidmətini başa vurmuşdu.
2020-ci il sentyabr ayında başlayan 44 günlük Vətən Müharibəsi zamanı ordu sıralarına könüllü qoşulub. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə layiqincə vuruşmuş və Laçın ugrunda gedən döyüşlərdədə şəhidlik zirvəsinə ucalmışdı.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
24 yaşı tamam olan qəhrəmanımız - Şəhid Cavid Bayramov - FOTO
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əs...