24 yaşı tamam olan qəhrəmanımız - Şəhid Cavid Bayramov - FOTO

Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Bayramov Cavid Azər oğludur.
BAKU.WS xəbər verir ki, Cavid Bayramov 29 iyun 1997-ci il tarixində Bakı şəhərində anadan olub.
O, orta təhsilini Bakı şəhər 93 N-li məktəbdə alıb. Məzun olduqdan sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə qəbul olunub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan C.Bayramov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidimizin atası Azər Bayramov deyir ki, oğlu zarafatcıl olub. Onunla çiyin-çiyinə döyüşən yoldaşları bildiriblər ki, Cavidin yerində etdiyi zarafatları onların üzünü həm güldürürmüş, həm də ruhlandırırmış. Azər Bayramovun sözlərinə görə, övladı Füzuli uğrunda gedən ağır döyüşlərdə şəhadətə qovuşub. Elə şəhid olmazdan cəmi 10 dəqiqə əvvəl də son dəfə atası ilə danışıb.
Cavid Bayramov Füzuli və Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Onu bu qəhrəmanlıqlarına görə, ölkə başçısı ölümündən sonra ''Vətən uğrunda'' və ''Cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif edib.
Qalereya

Oxşar xəbərlər
29 yaşı tamam olan qəhrəman şəhidimiz - Şəhid Ələddin Səidov - FOTO/VİDEO
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əs...