SİZİN REKLAM BURADA!
055 213 76 73


“Vahid amal ətrafında birləşərək ictimaiyyətə fayda vermək könüllülük prinsipinin ən yüksək dəyərlərindəndir”.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında qeyd edib.

O bildirib ki, bu gün Beynəlxalq Könüllülər Günü bu fəaliyyətin əhəmiyyətini bir daha vurğulamaq üçün fürsətdir.

“Azərbaycanda xeyirxahlıq ənənələrini davam etdirən könüllülük təşəbbüsünün genişlənməsi həm də milli-mənəvi dəyərlərə bağlılığın örnəyidir. Könüllülər İqtisadiyyat Nazirliyində də fəal əməkdaşlığa cəlb ediliblər. Öz əməyini fədakarlıqla paylaşaraq cəmiyyətə töhfə verən bütün könüllülərə təşəkkür edir və işlərində uğurlar diləyirik”.

BAKU.WS