Bakıda tarixi abidə sökülüb?
04
dek
2023
21:00
Bakı şəhəri, Səbail rayonunda tarixi binanın söküldüyü iddia edilib.
Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Qurban Abbasov küçəsinə yerləşən bina ötən gün sökülüb.
İlk dəfə bu ilin avqust ayında binanı sökməyə cəhd olunsa da, qarşısı alınmışdı.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bina tarixi abidə hesab edilmir:
“Sözügedən bina tarixi abidə kimi abidələrin reyestrinə daxil deyildir”.
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...