Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Sarayının direktorunun birnci müavini Faiq Mirzəyev işdən çıxıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev qeyd edib.
Qeyd edək ki, F.Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.
Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
Oxşar xəbərlər
Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb
Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfəri çərçivəsində noyabrın 17-də Avropa Yəhudilərinin Bakı dini icmasının sin...