Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub

02
dek
2023
14:10
Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Qanunu layihəsi dekabrın 5-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib.
Plenar iclasda, həmçinin “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanun layihəsinə baxılacaq.
Oxşar xəbərlər
Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclasının gündəliyi açıqlanıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin 30 may tarixli i...
