SİZİN REKLAM BURADA!
055 213 76 73


İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni keçirərək satışında təqsirləndirilən Bəhruz Beybutova hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, B.Beybutov 15 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin fevralında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, B.Beybutov Yardımlı rayonunun Mirim kəndi ilə Ləzran kəndinin arasında yerləşən "Abuzərağa" adlı ziyarətgahın yaxınlığında "Kənan" adlı şəxs va qeyriləri tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda 30 kq-dan çəkidə narkotik vasitə heroin və külli miqdarda 10 kq çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd kiseni sonunculardan qanunsuz olaraq əldə edib Xəzər rayonu, Qala qəsəbəsi, "Təz sahə" adlanan erazidəki evində gizlədib.

Daxili lşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əmliyyat- axtarış tədbiri naticəsində B.Beybutov Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınliğında saxlanılıb.

Daha sonra onun evinə baxış keçirilərək həmin narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.

Ona qarşı Cinayat Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

BAKU.WS
QALEREYA