"WhatsApp"da yeni funksiyalar tətbiq edilib

"WhatsApp" istifadəçilərini növbəti dəfə yenilikləri ilə sevindirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, messencer indi profilinizi e-poçt vasitəsilə qorumaq imkanına malikdir.
"Android" tətbiqinin beta versiyasındakı son yeniləmələr istifadəçilərə e-poçt vasitəsilə öz hesablarını yoxlamaq imkanı verir.
Bu yenilik istifadəçilərin şəxsi məlumatlarının mühafizəsini gücləndirmək və hesablara icazəsiz girişin qarşısını almaq məqsədi daşıyır.
Funksiya hazırda 2.23.24.10 versiyasından istifadə edən məhdud sayda beta testerləri üçün əlçatandır. Bu da "WhatsApp"ı daha etibarlı və ünsiyyət üçün rahat edir.
Oxşar xəbərlər
“WhatsApp”da yeni funksiya çıxıb - FOTO
“WhatsApp”ın “iPhone” üçün son beta versiyasına zənglər zamanı istifadəçinin IP ünvanının qorunması funksiyası əlavə edilib. Yenilik “WhatsApp”ın “iOS” üçün 23....
