VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəyə xaricdən gətirilən avtomobillərin idxal qiyməti artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-sentyabr aylarında 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 13,4 min dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 16,5 min dollar təşkil edib. Bu da illik müqayisədə 3 min dollardan çox bahalaşma deməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə deyib ki, bu artım həm ölkəyə gətirilən yeni avtomobillərin qiymətlərinin, həm daşınma xərclərinin artması ilə əlaqəlidir.

Rəsmi dilerlərin xaricdən gətirdikləri avtomobillərə gəldikdə isə ekspert qeyd edib ki, onlar qiymətin yüksəlməsində maraqlı deyillər.

İdxal qiymətlərinin avtomobil bazarına təsirinə toxunan Eldəniz Cəfərov bildirib ki, hazırda bazarda qeyri-aktivlik müşahidə edilir, qiymətlərdə yüksəlmə yoxdur. İlin sonuna kimi də qiymətlərdə dəyişiklik gözlənilmir. Onu da qeyd edək ki, sonuncu dəfə bu ilin avqust ayında ölkəyə idxal olunan yeni avtomobillərin qiymətində 3-5 faiz artım qeydə alınıb.

BAKU.WS
VİDEO