2030-cu il üçün xüsusi proqram hazırlanır

08
fev
2019
15:57
Əmək bazarındakı bütün prioritet peşələr üzrə peşə standartları hazırlanacaq.
Bu barədə Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildirilib ki, bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması da yer alıb. Strategiyanın həyata keçirilməsi ilə bağlı müəyyən olunan hədəflərdən biri kimi, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarının hazırlanması nəzərdə tutulur.Həmçinin Strategiyaya uyğun olaraq, peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir.Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil olunmasında, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.Ölkəmizdə son illərdə qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.BAKU.WS
Oxşar xəbərlər
Ötən il 15 minə yaxın gənc işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də...