SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində amerikalı milyarder İlon Maskın (Elon Musk) çıxışı gözlənilir.

“Report” xəbər verir ki, bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) keçmiş prezidenti Yan Yves Le Qall (Jean-Yves Le Gall) deyib.

Onun sözlərinə görə, çıxış onlayn olacaq və canlı yayımlanacaq:

“Mən IAF-ın prezidenti olanda hazırkı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik edirdi və tez-tez müzakirələrimiz olurdu. Onun kosmik tədqiqatlarla bağlı müəyyən təşəbbüsləri, ideyaları var idi. Müxtəlif layihələr həyata keçirmək istəyirdi. Nəhayət 74-cü Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi qərara alındı. Azərbaycanda keçirilən Konqres əslində 2022-ci ildə olmalı idi. Amma pandemiya səbəbindən bir il yubandı.

Bu gün Rusiya-Ukrayna münaqişəsi də Rusiyanın ABŞ-la münasibətlərinə və kosmik həllərə təsir edib.

Biz həmçinin Çin və Birləşmiş Krallıq arasındakı münasibətlərə də fikir verməliyik. Təbii ki, bu da kosmik məsələlərə də təsir edir”.

BAKU.WS