2026-cı ildə İcbari Tibbi Sığorta Xidmətlər Zərfi genişləndiriləcək - RƏSMİ

Hazırda İcbari Tibbi Sığorta Xidmətlər Zərfində 3 315 tibbi xidmət təminata alınıb. Buraya ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası kimi mürəkkəb və yüksək dəyərli tibbi xidmətlər daxildir. Məqsəd əhalinin sağlamlığına təsir edən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsidir.
BAKU.WS xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2026-cı ildə Xidmətlər Zərfinin genişləndirilməsini planlaşdırır. Yeniliklər çərçivəsində ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə olunması, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur.
Bundan başqa, hipertoniyadan əziyyət çəkən şəxslərə ambulator şəraitdə həkim resepti ilə təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Gələcək illərdə isə ambulator müalicədə istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə sığorta təminatına daxil edilməsi nəzərdə tutulur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa edilib
Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatına suyun verilişi bərpa olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, artıq təsərrüfata əvvəlki...
