2025-ci ildə ən çox buna pul xərcləmişik
2025-ci ildə insanların şəxsi büdcəsinə ən çox təsir edən xərclər hamını maraqlandırar məsələlərdən biridir.
BAKU.WS-in məlumatına görə, günlük xərclərdən tutmuş böyük alışlara, məcburi ödənişlərdən gözlənilməz xərclərədək il boyu büdcəmizi səssizcə formalaşdıran onlarla istiqamət olub.
Qiymət artımları, dəyişən həyat tərzi, sağlamlıq, nəqliyyat, qida və kommunal xərclər ailə büdcələrinə əvvəlki illərlə müqayisədə daha ciddi təsir göstərib.
Bəs bu il pul kisəmiz ən çox hansı istiqamətlərdə boşalıb?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, gündəlik xərcləri nəzərdə tutulursa, burada ən çox xərclənən məhz qida məhsulları olub:
"Ərzaq məhsulları əhalinin xərc sistemində ilk sırada qərarlşır. İkinci yerdə qeyri-ərzaq məhsulları gəlir. İlk üçlüyü xidmətlər qapayır. Bura nəqliyyat xərcləri, dövlət ödənişləri, cərimələr də daxildir.
Təəssüflər olsun ki, Azərbaycan inkişaf etməkdə olan ölkə olsa da, xərc bölgüsünə görə hələ inkişaf etmiş ölkələrdən geridə qalır. Çünki istirahət və asudə vaxtının təşkili xərcləri minimumdur. Eyni zamanda geyim və kapital yığımı hissələrində böyük fərqlər var. Minimum və orta əməkhaqqının az olması insanları daha çox gündəlik keçim üçün xərcləri müəyyən etməyə və büdcəni planlaşdırmağa məcbur edir.
Azərbaycan əhalisi əgər investisiya xarakterli olarsa, ən çox daşınmaz əmlaka və qızıla yatırım edir. Bu iki sahə digərlərini üstələyib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda ən çox bahalaşan hansı məhsul olub?
Azərbaycanda cari ildə ərzaq bazarında qiymətlərin dəyişməsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. BAKU.WS-in məlumatına görə, marketlərdə, bazarlarda...