SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.

BAKU.WS