Qubadakı dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ

Ötən gecə Quba rayonunda baş vermis ağır yol qəzasında vəfat edən və xəsarət alan şəxslərin adları məlum olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Quba-Xaçmaz yolunun Zərdabi kəndindən keçən hissəsində Zamiq Namiq oğlu İsmayılov “Mercedes” markalı avtomobillə Cahangir Xəlilovun sürdüyü “Niva”nı arxadan vurub. Bu zaman “Mercedes” idarəetmədən çıxaraq qarşı zolağa çıxıb və əks tərəfdən hərəkət edən Turan Məlikovun sürdüyü “Vaz 2107”yə çırpılıb. Nəticədə öz yolu ilə hərəkətdə olan Turan Məlikov, eləcə də “Mercedes”də olan sərnişinlərdən Sərhad Məmmədov hadisə yerində vəfat edib.
“Mercedes” markalı avtomobildəki digər 2 sərnişin: Amin Məmmədov və Rahil Həmidov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
