SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. 
 
BAKU.WS-in paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olub ki, bu gündən etibarən bəzi çay məhsullarının qiymətində artım qeydə alınıb.
 
Belə ki, "Beta" və "Champion" çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb. 
 
Bununla yanaşı, "Milla" süd və süd məhsullarının qiymətində də artım var. Mağazalardan əldə etdiyimiz məlumata görə, bu məhsullarda bahalaşma 7-10% səviyyəsindədir. 
 
Nazim Babayev
BAKU.WS