200-dən artıq şəhid ailəsinə pulsuz tibbi yardım göstərilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar.
Bu qələbə şəhidlərimizin qanı, eyni zamanda, Vətən müharibəsi veteranlarımızın döyüşlərdə böyük fədakarlığı hesabına qazanlıb.
Olkə başçısı dövlət qurulmarına ilk növbədə şəhid ailələrinə qayğı və diqqət göstərməyi tapşırıb. Bu, bizim mənəvi borcumuzdur.
Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid ailələrinə sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları 25 fevralda Tərtər rayonunda şəhid ailələri və Vətən müharibəsi veteranları üçün növbəti tibbi-maarifləndirici aksiya keçirib. Tədbir zamanı EXO KQ, EKQ, nevroloji və endokronoloji müayinələr aparllıb.
TƏBİB-in tabeliyindəki Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbir zamanı Tərtər, Ağdam və Bərdə rayonlarından olan 200-dən artıq şəhid ailəsi, Vətən müharibəsi veteranları ödənişsiz kardıolojı tibbi müayinələrdən keçirilib.
Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Tərtər İcra Hakimiyyəti, Tərtər Rayon Mərkəzi xəstəxana və dərman şirkətinin dəstəyi ilə keçirilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üç...