20 Yanvar şəhidinin oğlu: "Atam hiss edirdi ki, bu gün nəsə baş verəcək"
"Atam çox vətənpərvər insan idi, Azadlıq meydanında və digər ərazilərdə keçirilən mitinqlərdə fəal iştirak edirdi".
Bu sözləri 20 Yanvar şəhidi Allahyar Nəsibovun oğlu Pərviz Nəsibov Baku TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, faciənin baş verdiyi gün atası mitinqdən evə qayıdıb və gecə baş verəcək hadisələri əvvəlcədən hiss edib:
"Hiss edirdi ki, bu gecə nəsə baş verəcək. Hətta bizi də özü ilə aparmaq istəyirdi ki, sovet tanklarının qarşısına ailəlikcə çıxaq və onların şəhərə girməsinin qarşısını alaq".
Pərviz Nəsibov bildirib ki, qardaşının xəstə olması səbəbindən ailə evdə qalıb.
O qeyd edib ki, televiziya yayımının kəsilməsi atasını daha da narahat edib və vəziyyətin ciddiliyini anlayaraq evdən çıxıb:
"Evdən çıxanda bizə baxdı, gülümsəyərək məşhur mahnıdan "Duman, salamat qal, dağ, salamat qal" oxudu və getdi. Səhər atamı axtaranda onun nəşini xəstəxanada tapdıq".
Oxşar xəbərlər
Moskvada 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Azərbaycanın Moskvadakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. BAKU.WS report-a istinadən xəbər veri...