20 il təcrübəsi olan 50 müəllimin diplomu saxta hesab olundu - VİDEO

20 il təcrübəsi olan 50 müəllimin diplomu saxta hesab olundu - VİDEO
Video
Sosial 3073
 

Neftçala rayonunda 20 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin diplomları etibarsız çıxıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə onlara Təhsil Nazirliyindən məlumat verilib. Müəllimlərin hamısı 1991-ci ildə rayonda fəaliyyətə başlamış, əvvəlki adı Neftçala Qızlar Gimnaziyası olmuş, sonradan isə adı Gəncə Təsərrüfat Məişət Kollecinin filialı kimi dəyişdirilmiş təhsil müəssisəsinin məzunlarıdır.

Müəllimlərin sözlərinə görə, onlar kollecə daxili imtahan hesabına qəbul olaraq əyani formada ödənişli əsaslarla təhsil alıblar və indiyə kimi müxtəlif orta məktəblərdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstəriblər. Lakin ötən ilin dekabr ayında adıçəkilən kollecin 50-ə yaxın məzunu müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanına buraxılmayıblar.

Daha sonra isə onlara bildirilib ki, növbəti tədris ilindən diplomları etibarsız hesab olunduğu üçün işdən azad olunacaqlar. Neftçala rayon Təhsil Şöbəsinin rəsmisi Seymur Quliyevin sölərinə görə, hazırda məsələnin hüquqi müstəvidə araşdırılmasına başlanıb.

Kollec məzunlarının diplomlarının etibarlı olub-olmadığı isə məhkəmənin verəcəyi qərardan sonra məlum olacaq.

BAKU.WS

Oxşar xəbərlər

“Müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır”

“Müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır”

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb. Məlumata görə, imtahanda iştirak edən müəllimlərin əksəriyyəti 10...

4969 Sosial 21:16 25 may 2017

Son xəbərlər