2-3 manata satılan məktəbli formasını almaq olar? - Bakı Tikiş Evindən VACİB MÜRACİƏT
Bakı Tikiş Evi (BTE) yeni tədris ilinin yaxınlaşması ilə bağlı valideynlərə müraciət edib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
Qurum rəsmisi valideynlərə çağırış edərək bildirib ki, 2-3 manata satılan, parçasının mənşəyi bilinməyən paltarlar almasınlar.
"Mənim valideynlərə tövsiyəm odur ki, mənşəyi bilinməyən təsadüfi yerlərdən, fabrik istehsalı olmayan, zirzəmi şəraitində hazırlanan, keyfiyyətsiz parçadan istehsal olunan məktəbli formalar almasınlar. Çünki onların nə sertifikatı var, nə də yaxşı keyfiyyəti… Bəzən deyirlər 2-3 manata məktəbli forması satılır. Elə şey olar? Biz rəsmi mağazalarımızdan alınan formalara zəmanət veririk. Köynəklərin parçaları Özbəkistandan gətirilir. Şalvar və ətəklərin materialı isə Türkiyədən və Rusiyadan alınır. Hər biri sertifikatlıdır, 60%-i yun, 40%-i isə polyesterdir", - deyə qurum rəsmisi vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur
Bakıdakı 298 nömrəli məktəbin rəhbərliyinin göstərişi ilə şagirdlərdən pul yığıldığı iddia olunur. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 298...