Bakı Zooloji Parkına girişin QİYMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİ - FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.
BAKU.WS xəbər verir ki, açılışda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, yenidənqurmadan sonra Bakı Zooloji Parkına giriş böyük şəxslər üçün 6 AZN, uşaqlar üçün isə 3 AZN təşkil edəcək.
Qeyd edək ki, bu həftəsonundan etibarən Zooloji Parkın ziyartəçilərin üzünə açılacağı gözlənilir.

Oxşar xəbərlər
Prezident və ailə üzvləri Bakı Zooloji Parkının açılışında - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliy...
