190 manat üçün SMS cavabı almayanların nəzərinə - Nazirlikdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.
BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Nazirlik rəsmisi bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın:
"Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək.
Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.
Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq.
Ünvanlılıq prinsipi üstün tutulmaqla işsiz kimi qeydiyyata alınmış şəxslər arasından, həqiqətən, heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək".
Oxşar xəbərlər
Bu şəxslərə ödəmə verilməyəcək - SİYAHI
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdə...