190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı

190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Sosial 760

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon (Lənkəran, Şəki, Cəlilabad, Biləsuvar, Qax,Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz) üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəməvəsaitlərinin köçürülməsini başa çatdırıb.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bankkartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər. Birdəfəlik ödəmə 10 şəhər və rayon üzrə 96 min 587 nəfərə ödənib. Ümumilikdə, bu ilin aprel-may aylarında, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və hazırkı 5-ci dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 350 milyon manatdan çox vəsait sərf olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

190 manatın verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

190 manatın verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti sosial dəstək tədbirinin icrasına başlanır. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu...

1728 Sosial 15:43 06 noyabr 2020

Son xəbərlər