SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakının Binəqədi rayonunda 2 ildir ki, sakinlər zibilli su içirlər.
 
Bu barədə BAKU.WS-ə sakinlərin özləri məlumat veriblər. Onlar bunun sübutu kimi redaksiyamıza video da göndəriblər.

Binəqədi sakinlərin sözlərinə görə, iki gündən bir su krantlarına yığılan zibilləri təmizləyirlər.

"Əvvəllər rayonun su ehtiyacı Ceyranbatan su anbarından təmin edilirdi. Daha sonra Qəbələ-Oğuz kanalının suyu ilə təmin edilməyə başlandı. Bundan sonra zibilli su içirik”, - deyə redaksiyamıza müraciət edən sakinlər bildirir.

Videonu sizə təqdim edirik.
 
İlyas Quliyev
BAKU.WS