Bakının Xətai rayonunda xoşagəlməz hal baş verib.
BAKU.WS-in məlumatına görə, rayonun General Mehmandarov küçəsində zibil qutuları dolub daşıb. Hətta iş o yerə çatıb ki, zibillərin iyindən yoldan keçmək mümkün deyil.
Redaksiyamıza video göndərən sakinlər zibil qutularının təmiz saxlanılması üçün aidiyyatı orqanlara müraciət edir. Natəmizlik və üfunət iyi bina sakinlərini çıxılmaz vəziyyətdə qoyub.
Nazim Babayev
BAKU.WS