SİZİN REKLAM BURADA!
055 213 76 73


Yuxuda açıq qapı görmək yuxunu görən şəxslərə çox təsir edən yuxular sırasındadır. Bu yuxu qapının arxasında nə olduğunu bilmək istəyən xəyalpərəstlər tərəfindən daim araşdırılır. Yuxuda açıq qapı görməyin həm xeyirli olan həm də olmayana mənaları var.

BAKU.WS xarici mətbuatın araşdırmalarına istinadən bu yuxunun nə vəd etdiyini təqdim edir:

Yuxuda qapının açıq olduğunu görmək, yuxu görənin ona kömək etmək və işləri asanlaşdırmaq üçün özü ilə müəyyən sayda işçi götürəcəyinə, ancaq bir insanın dəstəyi nəticəsində bütün bu vəziyyətlərdən qurtulacağına işarədir.

Əgər yuxu görən evli və uşaq sahibidirsə, ailə üzvləri tərəfindən əl üstündə tutulacağına, uzun müddətdir yaşanan işlə bağlı streslərin geridə qalacağına, bəzən isə sevinc və rahatlığın aradan qalxacağına işarə kimi yozulur.

Bundan əlavə, bəzi alimlərə görə, yuxuda açıq qapı görmək böyük kədərə səbəb ola bilər.

Həmçinin bu yuxu küskünlükləri bitirmək və barışmaq üçün işarədir.

Ümumilikdə xeyirli və yaxşı mənada yozulduğu bu yuxunun mənaları arasında, yuxu sahibini çətinliyə salan və çaşdıran sualların sona çatacağı, verilən hər suala düzgün cavabların tapılacağı, uğurun bütün yollarının kəşf ediləcəyi və bu kəşf edilmiş yollara irəli gediləcəyi anlayışları var.

Bəzi alimlərə görə isə, bu yuxu qısa müddətdə iqtisadi problemlərin həll olunacağına yozulur.

Yuxuda açıq qapı görmək yuxu görənin sağlamlığının hər zaman yaxşı olacağına, çox ciddi inkişafların davamında böyük uğurlar qazanılacağına, müjdələrlə dolu qapıların tərəddüd etmədən açılacağına, ehtiyacı olan insanlara köməklik göstəriləcəyinə işarə edir.

BAKU.WS