VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi cərimə yazıb.

Xezerxeber.az-ın məlumatına görə, səbəb göstərib ki, daşıdığı yükün adı avtomobilin texniki pasportunda yoxdur.

Рadisə paytaxt sakini Taleh Rüstəmovun başına gəlib.

Sürücü bildirib ki, çörək sexlərindən birində müqavilə əsasında işləyir və öz kiçik tutumlu yük avtomobili ilə mağazalara çörək daşıyır. Sürücü iddia edir ki, səhər saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona heç bir qayda pozmadığı halda “saxla” işarəsi verib.

Sürücü iddia edib ki, yol polisi onu əsassız yerə saxlayıb vaxtını almaqla yanaşı, ona cərimə də ödətdirib. O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyir.
Yol hərəkəti qaydaları üzrə ekspertlər bildiriblər ki, qanunvericiliyə görə, avtomobilin tipi, rəngi və mühərriki dəyişdirilərkən təkrar qeyiyyatı olmalıdır. Əgər bunlar olmasa da yol polisi avtomobilin texniki-pasportunda daşıdığı yükün adının olmamasına görə ona cərimə yazmaq kimi bir səlahiyyəti yoxdur.

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bildibdilər ki, bu məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə sürücüyə məlumat veriləcək.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO