Xarici turistlər Novruz adətlərinə heyran qaldılar - VİDEO

Müasir dövrdə turistlərin dünyanın hər hansı bölgəsinə səfərinin əsas hərəkətverici amillərindən biri yerli mədəniyyətə maraqdır. Hər il milyonlarla turistin dünyanın müxtəlif ölkələrinə səyahət etməsinin əsas səbəbi yerli xalqların mədəniyyəti, həyat tərzi, özünəməxsus adətləri, milli bayramları ilə daha yaxından tanış olmaq həvəsidir.
Azərbaycan xalqı həmişə spesifik mədəniyyəti və adət-ənənələri ilə dünya xalqlarından fərqlənir. Bu xalq ləziz xörəkləri, milli geyimləri, rəqsləri, oyunları və bayramları ilə də diqqəti cəlb edib. Bunlardan ən qədimi o dövrün adət-ənənələrini günümüzə qədər qoruyub saxlayan və öz orijinallığı ilə seçiləni Novruz bayramıdır.
Baku TV xarici turistlər arasında Novruz bayramı ilə bağlı sorğu keçirib.Sorğunu təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
