Lənkəranda açıq sahədə güclü yanğın başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanğın yeni Ələt-Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb.
Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir. Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir.
Faktla bağlı əlavə məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...