VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda mikroavtobus dəhşətli qəza törədib. Belə ki, idarəetməni itirən mikroavtobus sürücüsü nəqliyyat vasitəsini yolun kənarında quraşdırılan dəmir arakəsmələrə çırpıb. Nəticədə avtomobilin qarşısından keçən dəmir arakəsmə arxa hissəyə qədər sərnişinlərə ciddi xəsarət yetirib. Hadisə nəticəsində ölənlərin sayının çox olmasına səbəb dəmir arakəsmələrin sərnişinlərin ayaqlarını kəsməsi olub.
 
Bundan öncə də baş verən bir neçə qəzada da bu cür hallar baş verib. Belədə həmin arakəsmələrin həyat üçün daha təhlükəli olması məsələsi gündəmə gəlib.
 
BAKU.WS-in məlumata görə, "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a açıqlamasında bildirib ki, dünya praktikasında yollarda dəmir arakəsmələrin istifadəsi qəbulediləndir.
 
Onun sözlərinə görə, həmin ölkələrdə sürücülər avtomobili nizam-intizamla idarə etdiyi üçün belə dəhşətli qəzlar az hallarda baş verir: "Çünki sürücülər yol-hərəkəti qaydalarına riayət edir, hava şəraitini nəzərə alırlar. Təəssüflər olsun ki, bizdə yol-nəqliyyat hadisələri tez-tez baş verir. Dünən qəza baş verən ərazidə də mikroavtobus təhlükəsizlik məqsədi üçün quraşdırılan dəmir hissələrə keçib. Bu cür qəzalar daha çox sürücülərin məsuliyyətsizliyindən baş verir”.
 
"Azəryolservis” ASC-nin rəsmisi bildirib ki, hazırda avtomobil yollarında dəmir arakəsmələrin beton arakəsmələrlə əvəzlənməsi istiqamətində iş aparılır:
 
"Hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələr yığışdırılır. Onların əvəzinə beton arakəsmələr quraşıdırlacaq. Dünyanın hər bir yerində dəmir arakəsmələrin qoyulması normal haldır. Sadəcə ölkəmizdə sürücülərin məsuliyyətsizliyindən bu cür hadisələr baş verir. Bu baxımdan da məcburuq ki, həmin dəmir arakəsmələri beton arakəsmələrlə əvəz edək. Beton arakəsmələrdə təkəri geri qaytaran hissə var və avtomobil hər hansı bir qəza hadisəsi törətdikdə beton arakəsməyə dəyərsə, daha az xəsarətlərlə xilas olmaq olar. Hazırda bu istiqamətdə işlər aparılır. Qeyd etdiyimiz ki, Bakı-Quba-Rusiya avtomobil yolunda təmir aparılan hissədən başlayaraq dəmir arakəsmələr beton arakəsmələrlə əvəzlənir”.

BAKU.WS