Bakının daha bir ünvanında böyük söküntü başlayıb - VİDEO
Bakıda Nərimanov rayonu ərazisində yerləşən 2 bloklu binalardan birinin söküntüsü başlayıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Sakinlər bildirib ki, blokun birinin sakinləri ilə razılığa gələn söküntü işlərini icra edən şirkət söküntünü həyata keçirir. Digər blokun sakinləri ilə razılaşmayan şirkət rəsmiləri binanın yarısının söküntüsünu icra edir.
Arif Heydərov 2 ünvanında yerləşən binada aparılan söküntü işləri digər sakinlərinin etirazı ilə qarşılanıb. Belə ki, sakinlər deyir ki, onlarla razılaşmadan aparılan söküntü işləri həyatlarını iflic edib və böyük çətinliklər yaradıb.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...