VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.

Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.

Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. Həmçinin istifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.

Eyni zamanda reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.

Yeni funksiya inkişaf mərhələsindədir və hələ istifadəçilər üçün əlçatan deyil.

BAKU.WS