12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Ağızda pis qoxunun olması daha çox insanın özü yox, ətrafdakılar tərəfindən təyin edilir. Ağız qoxusunun insanın danışığına və gülümsəməsinə təsiri özünə inam, özgüvən problemlərinə səbəb olur.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, qoxunun əsas səbəbi ağız gigiyenası ilə bağlıdır.

Qoxu adətən dişlərə yaxşı qulluq edilmədikdə, bakteriyalar çoxaldıqda, dişdə kariyes olduqda və s. səbəblərdən yaranır.

Məlumatda qeyd olunur ki, diş xəstəliklərinin aşkar əlamətləri yoxdursa, ağız qoxusunun yaranma səbəbini öyrənmək üçün mütəxəssisə müraciət etmək lazımdır.

Çünki baş və boyun xərçəngləri, şəkərli diabet, qaraciyər və böyrək xəstəlikləri də ağız qoxusuna səbəb ola bilər.

Yalnız dişlərin təmizlənməsi ağız baxımı üçün kifayət olmaya bilər. Dildə yerləşmiş bakteriyaların da təmizlənməsi vacibdir.

BAKU.WS