Baş nazir Əli Əsədov qiymət artımlarına münasibət bildirib

09
dek
2022
12:09
Baş nazir Əli Əsədov qiymət artımlarına münasibət bildirib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, Ə.Əsədov bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, qiymət artımları, o cümlədən dərman qiymətlərinin artımı regiona və qlobal geosiyasi gərginliklə bağlıdır.
Baş nazir vurğulayıb ki, son dövrdə müşahidə olunan regional və qlobal siyasi gərginlik, Rusiya və Ukrayna arasında münaqişə, qlobal təchizat zəncirində qırılma, logistika xərclərinin artımı bahalaşmaya, qıtlığa, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub.
Oxşar xəbərlər
Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMA
Ölkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları...
