Gölə 200 mindən çox balıq körpələri buraxıldı - FOTO

Gölə 200 mindən çox balıq körpələri buraxıldı - FOTO
Foto
Sosial 154

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı İmişli rayonunda keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev BAKU.WS-ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İmişli rayon İcra Hakimiyyətinin və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə İmişli rayonunda yerləşən Sarısu gölünə 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Xidmət rəisi balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri qadağan olunmuş üsullarla balıq ovlamamağa, qaydalara əməl etməyə, vətəndaşları isə məsuliyyətli balıq ovlanmasının təbliğinə dəstək verməyə çağırıb.

Oxşar xəbərlər

Suqovuşan su anbarına balıq körpələri buraxıldı - FOTO

Suqovuşan su anbarına balıq körpələri buraxıldı - FOTO

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 20...

199 Sosial 11:56 16 noyabr 2022

Son xəbərlər