Paytaxt Bakıya digər şəhər və bölgələrdə qeydiyyatda olan avtomobillərin buraxılması ilə bağlı olan qadağa qüvvəyə minib. Bakı qeydiyyatı olmayan maşınlar şəhərə buraxılmayıb. Şəhərin həm şimal, həm də cənub girişlərində müxtəlif postlar qurulub. Sürücüləri düşündürən daha bir məsələyə aydınlıq gəlib. Söhbət 99 seriyası ilə başlayan avtomobillərin Bakıya buraxılıb-buraxılmamasındən gedir.

Səhər saatlarından etibarən digər şəhər və rayonlarda qeydiyyatda olan avtomobillərin Bakıya daxil olmasına icazə verilməyib. Paytaxta avtomobillərin girişinə nəzarət gücləndirilib.

Bu arada mübahisələrə səbəb olan 99 seriyası ilə bağlı məsələyə də Baş Dövlət Yol Polis İdarəsi münasibət bildirib. Çünki bu seriya ilə başlayan avtomobilərin bir qismi paytaxtda, digər qismi isə bölgələrdə qeydiyyatdadır.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsininin rəhbəri Kamran Əliyevin sözlərinə görə, həmin avtomobillərin harda qeydiyyatda olmasını dəqiqləşdirmək üçün xüsusi prosedur tələb edilir. Həmin prosedur hazır olana qədər bu avtomobillərin şəhərə sərbəst girişi təmin ediləcək.

Çəkiliş zamanı müşahidə etdik ki, Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin girişinə heç bir məhduddiyyət yoxdur. Ərazidə olan yol polisi əməkdaşlarının verdikləri məlumata görə Abşeronda qeydiyyatda olan maşınların girişinə icazə verilib.Bu da postun yerləşdiyi ərazidən sonra bəzi sakinlərin evlərinin yerləşməsi ilə izah edilir.

Bakıya buraxılmayan avtomobillər yeni yaradılmış duracaqlarda park ediliblər.
Duracaqdan 20 yanvar metrostansiyasına doğru hərəkət etmək üçün nəzərdə tutulmuş yeni 203 saylı avtobuslar da fəaliyyətə başlayıb.Bundan əlavə duracaqda təcili tibbi yardım maşını da növbə tutub.
 
Xəzərxəbər
BAKU.WS