Lax yumurtalarla gündəmə gələn sexin rəhbəri danışdı: "Qəsdən ediblər" - VİDEO

Dünən Bakıda vətəndaşlardan birinin yumurta almağa peşman olması barədə xəbər hazırlamışdıq. Şikayətin saytda dərc olunmasından sonra maraqlı detallar üzə çıxıb.
Belə ki, BAKU.WS-in işıqlandırdığı şikayəti araşdıran ATV-nin əməkdaşları yumurtaların hazırlandığı sexə üz tutub.
Maraqlıdır ki, yumurtaların qutusunun üzərində göstərilən ünvanda heç bir müəssəsinin adı qeyd olunmayıb. Süjeti hazırlayan əməkdaş bu dəfə qutunun üzərindəki mobil nömrə ilə əlaqə saxlayıb və özünü sexin rəhbəri kimi təqdim edən qadın bu hadisəni kiminsə qəsdən etdiyini bildirib.
O eyni zamanda sexdə çəkiliş aparılmasına da icazə verməyib.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
Azərbaycanda yumurta yenə bahalaşacaq? – ARAŞDIRMA
Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər...
