17 min xəbər materialında insan hüquqları baxımından pozuntular aşkarlanıb
Bəzi xəbər resurslarında insan hüquqlarının qorunması ilə bağlı tələblərin pozulması halları hələ də müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə "İnsan Hüquqları Aylığı" çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün keçirilən "Media və insan hüquqları" mövzusunda maarifləndirici sessiyada bildirib.
Onun sözlərinə görə, İnstitut 2024-cü ildən etibarən 20 xəbər saytında insan hüquqlarına riayət olunması ilə bağlı monitorinqlər aparır.
"İndiyədək 17 min xəbər materialı təhlil edilib. Araşdırmalar zamanı insan hüquqlarının pozulması ilə bağlı müxtəlif hallara rast gəlinib. Hazırda monitorinq prosesi davam etdirilir və media nümayəndələri ilə bu istiqamətdə birgə fəaliyyət həyata keçirilir", – deyə Məhəmməd Quluzadə qeyd edib.
Oxşar xəbərlər
Jurnalistlər üçün "Media və insan hüquqları" mövzusunda məlumat sessiyası keçirilib
"İnsan Hüquqları Aylığı" çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümay...