VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının, Mərdəkan, Şağan, Buzovna və Qala qəsəbələrində 1 200 yerlik məktəblərdə 4 500 şagird oxuyur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Rauf Əliyev bildirib.

“Təklif edirəm ki, məktəblərdə şagird sıxlığının aradan qaldırılması ilə bağlı dövlət proqramı qəbul olunsun, tədricən əlavə korpuslar tikilsin”, - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Bakının ətrafında bir neçə qəsəbədə yeraltı sular üzə çıxır və vətəndaşlara problem yaradır: “Bu təbiətdən asılı bir məslədir. iki millət vəkili ilə birlikdə baş nazir Əli Əsədova məktub göndərmişəm. Təklifimiz bundan ibarətdir ki, yeni qəsəbələr salınsın. Xüsusilə Şağan qəsəbəsində vəziyyət çox ağırdır, yağış yağandan sonra lap acınacaqlı olur”.

R.Əliyev qeydiyyatsız evlərdən də danışıb: “Təkcə Xəzər rayonunda 15 min, Pirallahı rayonunda isə 1,5 min qeydiyyatsız ev var. Bu evlərin sahibləri kommunal xidmətlərlə bağlı müraciət edəndə problem yaşanır”.

BAKU.WS