SİZİN REKLAM BURADA!
055 213 76 73


“Turkish Airlines”ın təyyarəsi Bakı aeroportuna geri qayıdıb.

BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtla saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

BAKU.WS