Bakının Zəngəzur küçəsi təmir edilir - FOTO/VİDEO

Bakının Zəngəzur küçəsi təmir edilir - FOTO/VİDEO
Foto Video
Sosial 133

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Zəngəzur küçəsi, döngə 3 ünvanında təmir işləri aparır.

BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ümumi uzunluğu 450 metr olan sözügedən küçə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr olan küçə və yolun təmiri işləri aparılır.

Agentlik ötən il Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçəni təmir edib.

Oxşar xəbərlər

Azərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulur - FOTO

Azərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulur - FOTO

Azərbaycanla Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonunun Dərəcənnət və Təpəcənnət, Yevlax rayonunun Qaraoğlan və Quşçu, Uc...

222 Sosial 11:30 21 aprel 2021

Son xəbərlər