Məşhur aktyorların serialı gözlənilmədən dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Sekizinci Aile" serialının ikinci mövsümünün istehsalı dayandırılıb.
BAKU.WS xəbər verir ki, layihənin davam etdirilməsi ilə bağlı planlar maliyyə çətinlikləri səbəbindən təxirə salınıb.
Yayım platforması yaranan büdcə problemlərinə görə çəkilişlərin başlanmasını qeyri-müəyyən müddətə ertələyib.
Qeyd edək ki, ekran işində Türkiyə televiziya və kino dünyasının tanınmış simaları – Haluk Bilginer, Hazal Kaya, Ali Atay, Çağlar Çorumlu, Serkan Keskin, Mehmet Özgür, Erdem Şenocak, Cihan Talay, Melisa Döngel və Alper Baytekin rol alırlar. Serialın yeni mövsümünün nə vaxt çəkiləcəyi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...