13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Deputat Fazil Mustafa parlamentdə Bakı şəhərində qeydə alınan tıxaclar və işəgecikmələrlə bağlı məsələ qaldırıb.

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bununla bağlı deputat Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında təklif səsləndirib.

O qeyd edib ki, Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlər haqqında güzəştləri əks etdirən maddə daxil edilə bilər: “Bakının ətraf bölgələrindən gələnlər bu problemi daha çox hiss edir:

“Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun. Xüsusilə də ən azı bunun qadınlara yönəlik tətbiq olunması lazımdır. Çünki himayəsində övladları olan qadınlar onları məktəbə, bağçaya qoyaraq, işə getdiyinə görə ən çox problemlər onlarla bağlı yaşanır. Həmin qadınlara isə heç bir güzəşt tətbiq olunmur”.

BAKU.WS