Deputatdan aliment təklifi: “Dövlət ödəsin”

Deputatdan aliment təklifi: “Dövlət ödəsin”
Sosial 130

“Deputatlara daxil olan müraciətlər sırasında alimentlərlə bağlı məsələlər xüsusi yer tutur”.

BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi vacibdir.

O, Aliment Fondunun yaradılmasını təklif edib.

“Aliment Fondu yaradılmalıdır, aliment ala bilməyənlərin pulu həmin Fond, yəni dövlət tərəfindən verilməlidir. Daha sonra isə alimenti ödəyəcək şəxsdən həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır”, - deyə Siyavuş Novruzov əlavə edib.

Oxşar xəbərlər

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?  - TƏFƏRRÜAT

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq? - TƏFƏRRÜAT

Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30%-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs...

536 Sosial 14:10 27 may 2022

Son xəbərlər