SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər dəyişkən havalarla əlaqədar olaraq soyuqdəymə halları artıb. Bunun qarşısını almaq üçün istifadə olunan dərman preparatları ilə yanaşı yoda olan tələbat da artıb. Lakin Bakıda yaşayan bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, artıq bir aya yaxın müddətdir, apteklərdə yod yoxdur. Nə vaxt gətiriləcəyi ilə bağlı da heç bir məlumat verilmir.

Bəs, bu dərman vasitəsi niyə gətirilmir?

Bu sualla cavab almaq üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Cəmi bir neçə apteklər şəbəkəsində yod satıldığı məlum oldu.

Qeyd edək ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.

BAKU.WS