SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Daxili işlər naziri Ramil Usubov Bərdə rayonuna yeni rəis təyin edib.
 
BAKU.WS DİN-in saytına isitnadən xəbər verir ki, nazir Ramil Usubovun əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə rayon Polis idarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov, Yasamal rayon Polis İdarəsinin rəis müavini təyin edilib. Xəzər rayon Polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur. 

Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.
 
BAKU.WS