SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonu ərazisində qəzalı vəziyyətdə olan binanın sakinləri acınacaqlı vəziyyətlə üzləşiblər.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətt"inə müraciət ediblər.

Onlar bildiriblər ki, 1880-ci ilin binasında yaşamaq həddən artıq təhlükəlidir. Sabunçu qəsəbəsi, H.B.Zərdabi (S.M.Əfəndiyev) küçəsində yerləşən 13-cü binanın sakinləri 142 yaşı olan tikilidən nə vaxt canlarını qurtaracaqları günü səbirsizliklə gözləyirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara bu istəklərinin nə vaxt reallaşacağı barədə cavab verilməyib.

BAKU.WS olaraq sakinlərin şikayətini araşdırmaq məqsədilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, qəzalı bina barədə məlumatlıdırlar:

"Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan binaların siyahısı hazırlanaraq adiyyəti qurumlara göndərilib. Hazırda rayon ərazisində qəzalı vəziyyətdə aktı tərtib olunan binaların sayı 19-dur. Bu binalara Fövqəladə Hallar Nazirliyi akt tərtib edib. Digər tərəfdən 17 binanın isə təmir-bərpa işlərinə ehtiyaclı olması müəyyən edilib. Ümumilikdə isə qəza aktı olmayan 177 bina var. Onlar barədə siyahılar tərtib olunaraq adiyyəti qurumlara təqdim edilib və bu barədə qərar veriləcək".

Qeyd edək ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan binalarla bağlı iki həll yolu icra edilir. Bina yaşayış üçün istifadəyə çox yararsız olan halda sökülür və vətəndaşlar oradan köçürülür.

BAKU.WS
QALEREYA