SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilmişdir. Tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak etmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, spotterlər Boeing-767, Boeing-757, Airbus A340, A320, həmçinin Boeing 747F və İL-76 yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə etmişdirlər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə bilmişdirlər.

Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər Airbus A340-500 təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkə bilmişlər.

Aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi - aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanı birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

Tədbirdən qısa videoreportaj ilə "Azərbaycan Hava Yolları"nın rəsmi Facebook səhifəsində tanış olmaq olar: https://www.facebook.com/azalqsc/posts/1122641691161414
 
BAKU.WS