Nabranda kəpənəklər ağaclara hücum çəkib - VİDEO
29
iyl
2022
10:01
Azərbaycanın Xaçmaz rayonunun Nabran qəsəbəsində kəpənəklərin kütləvi şəkildə ağacları hücumu qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Real.tv-nin jurnalisti Ülviyyə Hüseynova özünün şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdə kəpənəklərin sanki ağacları əsir götürməsi öz əksini tapıb. Xeyli sayda kəpənək ətrafdakı ağaclara qonaraq onlara ziyan vurub.
Bu həşəratların Amerika kəpənəkləri və ziyanverici olduğu deyilir. Hər il müvafiq ayda tozlandırma aparılsa da, bu il nədənsə bu, baş verməyib. Nəticədə saysız hesabsız kəpənəklər ağaclara hücum çəkib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...